Xaybula Musalov: “Gümüş medal mənim üçün elə də böyük uğur deyil”
28 İyun 2015 09:19

“Bərabər səviyyəli döyüş oldu. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi”. Sportpress.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.

75 kiloqram çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Xaybula Musalov yarışı ikinci pillədə başa vurub.

O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də böyük uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təsəlliverici odu ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacağam”.

Mənbə: azertag.az

  • Share on Tumblr