“Bakı-2015”: Hər 3 boksçumuza qızıl medalı İlham Əliyev təqdim etdi
28 İyun 2015 00:25

Azərbaycanın boks yığmasının 3 üzvü – Pərviz Bağırov, Albert Səlimov və Abdulqadir Abdullayev “Bakı-2015”in son boks yarışı günündə qızıl medal qazanıb. Sportpress.az-ın məlumatına görə, boksçularımızın həlledici qarşılaşmalarını Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

Hər 3 boksçumuza qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

  • Share on Tumblr