“Bakı-2015”: Boksçularımızdan daha 3 qızıl, 1 gümü medal
28 İyun 2015 00:01

Bakı-2015 Avropa Oyunlarında boks yarışlarına yekun vurulub. Sportpress.az-ın məlumatına görə, son gündə 4 boksçumuz final görüşü çərçivəsində rinqə çıxıb.

60 kq-da yarışan Albert Səlimov, 69 kq-da Pərviz Bağırov və 91kq-da Abdulqadir Abdullayev ölkəmizə qızıl medal qazandırıblar. 75 kq çəki dərəcəsində yarışan Xaybula Musalov isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, buna qədər boksçularımızdan Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81) boks yığmamıza qızıl, Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medal qazandırıb.

 

  • Share on Tumblr