“Bakı-2015”: Cüdoçularımızı fiaskosu davam edir
27 İyun 2015 16:10

Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarında bu gün daha 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Sportpress.az-ın məlumatına görə, tatamiyə çıxan 5 cüdoçumuzun heç biri 1/4 finala adlaya bilməyib.

90 kq-da Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşündə portuqaliyalı Çelio Diası məğlub edən cüdoçumuz, 1/8 finalda macar Kriştian Tota uduzub.

100 kq-da 2 idmançımzı təmsil olunub. Elxan Məmmədov 1/16 finalda xorvat Zlatko Kumriçdən üstün olsa da, növbəti mərhələdə ipponla Lukas Krpalekə məğlub olub.

Əsas medal ümidlərimizdən olan bayraqdarımız Elmar Qasımov isə 1/8 finalda portuqaliyalı Jorje Fonsekaya ipponla boyun əyib.

+100 kq-da yarışan Uşanqi Kokauri də komanda yoldaşları kimi yalnız 1/16 finalda qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Levani Matiaşvili ilə bacarmayıb.

Qadınlar arasında 78 kq-da yarışan Günel Həsənli 1/16 finalda italiyalı Assunta Qaleoneyə uduzub.

 

  • Share on Tumblr