“Bakı-2015”: Paracüdoçularımız 3 medal qazandı
26 İyun 2015 22:57

Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizə aparıblar. Sportpress.az-ın məlumatına görə, 2 çəki dərəcəsi üzrə 1 gün keçirilən yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunub.

Komandamızın heyətində tatamiyə çıxan bütün paracüdoçularımız çıxışlarını mükafatla başa vurub. Millimizin aparıcı üzvü İlham Zəkiyev qızıl, Zakir Mislimov gümüş və Səbinə Abdullayeva bürünc medal qazanıb.

  • Share on Tumblr