“Bakı-2015”: “Məğlub olsaydıq əllərimi kəsəcəkdim”
24 İyun 2015 00:21

Bu gün Bakı Kristal Zal 1-də qadınlar arasında keçirilmiş voleybol yarışının dörddəbir mərhələsində Almaniya komandası ilə Polşa qarşılaşıb. Sportpress.az-ın məlumatına görə, Polşa komandası başladığı ilk saatlarda 2-0 hesabı ilə öndə olmasına baxmayaraq, oyunu beşinci setdə xilas etməyə məcbur olub.Polşalı Skovronska Dolata görüşün çətin olduğunu bildirməklə yanaşı, bir neçə səhvə yol verdikllərini də bildirib: “Hər iki komanda üçün bu oyun çətin idi, lakin mən oyundan həzz aldım. Mən üçüncü və dördüncü setdə olduqca əsəbi idim. Hətta qalib gəlməsəydik, əlimi plastik bıçaqla kəsəcəyimi düşünürdüm. Mən səhv oynadığımıza görə çox hirslənmişdim. Buna görə də biz mübarizəni beşinci mərhələyə qədər daşımalı olduq” (baku2015.com).

  • Share on Tumblr