Elxan Məmmədov FİFA nümayəndələri ilə görüşüb
23 İyun 2015 09:48

AFFA-nın inzibati binasında FIFA Connect layihəsini təmsil edən Christian Michels və Daniele Gonteri baş katib Elxan Məmmədovla görüşüb. Sportpress.az-ın məlumatına görə, görüşdə layihənin tətbiqi ilə bağlı səmərəli müzakirələr aparılıb.

FIFA Connect layihəsi bu qurumun üzvü olan bütün milli assosiasiyalarda qeydiyyat bazasının yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.

  • Share on Tumblr


Oxşar xəbərlər