“Bakı-2015”: 3 güləşçimiz bürünc medala sahib çıxdı (Yenilənib)
18 İyun 2015 21:08

Bu gün Bakı-2015 I Avropa Oyunlarında güləş yarışlarına yekun vurulacaq. Sportpress.az-ın məliumatına görə, son gündə sərbəst güləşdə daha 4 çəkidə qaliblər müəyyənləşəcək.

Bu gün Bakı-2015 I Avropa Oyunlarında güləş yarışlarına yekun vurulacaq. Futbolxeber.az-ın məliumatına görə, son gündə sərbəst güləşdə daha 4 çəkidə qaliblər müəyyənləşəcək.

61 kq

Bu çəkidə ölkəmizi təmsil edən Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Təmsilçimizin rəqibi erməni idmançısı Valodiya Franqulyandır. Erməni rəqibini diz çökdürən Əliyev 1/4 finala adlayıb. Burada da sovakiyalı rəqibini üstələyən güləşçimiz yarımfinala yüksəlib. Lakin yarımfinalda Hacı Əliyev məğlubiyyət acısı yaşayıb. Güləşçimiz bürünc medal uğrunda türkiyəli Aktaş Münir Receplə üz-üzə gəlib və rəqibini məğlub edib.

70 kq

Ruslan Dıbırqadzıyev mübarizəyə 1/8 finaldan qoşulub. Onun ilk rəqibi Polşanı təmsil edən Maqomedmurad Qadzıyev olub. Təmsilçimiz uduzduğundan 1/4 finala yüksələ bilməyib. Lakin polşalı güləşçi finala kimi irəlilədiyindən təmsilçimiz bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. İlk təsəlliverici görüşdə Dıbırqadzıyev qələbə qazanıb. Bolqar rəqibini üstələyən güləşçimiz növbəti görüşdə macar Gulyas Zsomborla üz-üzə gəlib. Qalib gəlməklə Dıbırqadzıyev bürünc medal uğrunda gürcü idmançı ilə həlledici görüşə çıxmaq hüququ qazanıb. Bu dəfə də qələbə qazanan güləşçimiz bürünc medala sahib çıxıb.

86 kq

Nurmaqomed Qadjıyev 1/8 finalda bolqar Georgi Sredkovla qarşılaşıb. Rəqibini üstələyən təmsilçimiz 1/4 finala yüksəlib. Burada idmançımız rusiyalı rəqibinə uduzub. Abdulraşid Sadulayev finala yüksəldiyindən, güləşçimiz bürünc medallar uğrunda yarışmaq hüququ qazanıb. İlk təsəlliverici görüşdə italiyalı rəqibini üstələyən güləşçimiz, bürünc medal uğrunda həlledici görüşə çıxıb Onu rəqibi Polşa güləşçisi olub. Lakin güləşçimiz bu görüşdə qələbə qazana bilməyib və beşinci yerlə kifayətlənib.

125 kq

Ən ağır çəkidəki təmsilçimiz Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. İlk görüşündə qalib gələn güləşçimiz sonradan türkiyəli rəqibinə uduzub. Türkiyəli güləşçi finala yüksəldiyndən, idmançımız da bürünc medal qazanmaq uğrunda təsəlliverici görüşlərə qatılıb. İlk döyüşdə Maqomedov Polşa güləşçisinə qalib gəlib. Bürünc medal uğrunda həlledici görüşdə idmançımız Slovakiya təmsilçisi Soslan Qaqloyevlə qarşılaşıb və rəqibini məğlub etməklə gün ərzində Azərbaycan millsinə güləşdə 3-cü bürünc medalı qazandırıb.

  • Share on Tumblr