2 günləşçi “Bakı-2015″dən uzaqlaşdırıldı
17 İyun 2015 15:44

“Bakı-2015”də sərbəst güləş yarışında 57 kq-da baş tutan ilk yarımfinal görüşündə xoşagəlməz hal yaşanıb. yaşanıb. Sportpress.az-ın məlumatına görə, belaruslu Andreyeu Uladzislau ilə gürcü Vladimer Xinçegaşvilinin görüşündə qalmaqal baş verib. Gürcü idmançı əli ilə rəqibinə sillə zərbəsi endirib. Belaruslu güləşçi də rəqibinə cavabsız qoymadığından güləşçilər arasında dava düşüb. Yalnız türkiyəli hakimin müdaxiləsindən sonra idmançıları ayırmaq mümkün olub. Nəticədə görüş yarımçıq dayandırılıb.

***

Artıq güləşçilərin taleyi müəyyənləşib. Hər iki idmançı yarışdan uzaqlaşdırılıb. Belədə onların əvəzinə yarımfinalda 1/4 finalda uduzan Marsel Evatla (Almaniya) və İslam İslamay (Albaniya) qarşılaşıb.

  • Share on Tumblr