“Bakı-2015”: Güləşçilərimizdən 2 qızıl, 1 bürünc medal (Yenilənib)
17 İyun 2015 21:10

Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləşdə kişilər mübarizəyə qoşulur. Futbolxeber.az-ın məlumatına görə, ilk gündə 4 çəki dərəcəsində qaliblərlə müəyyənləşəcək.

Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləşdə kişilər mübarizəyə qoşulub. Futbolxeber.az-ın məlumatına görə, ilk gündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.

57 kq

Bu çəkidə ölkəmizi Yaşar Əliyev təmsil edir. Əliyev 1/8 finalda fransalı Zoheirlə üz-üzə gəlib. Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. Burada erməni rəqibini diz çəkdürən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda Əliyev rusiyalı rəqibinə uduzub. Təmsilçimiz bürünc medal uğrunda 1 döyüş keçirib. Lakin türkiyəli rəqibinə uduzan Əliyev yekunda beşinci olub.

65 kq

65 kq-da Olimpiya çempionumuz Toğrul Əsgərov yarışır. Çempionumuz mübarizəyə 1/16 finaldan qoşulub. Əsgərovun ilk döyüşündə rusiyalı İlias Bekbulatovu məğlub edib. 1/8 finalda Əsgərov moldovalı Mihail Sava ilə üz-üzə gəlib və ardıcıl ikinci qələbəsini qazanıb. 1/4 finalda Əsgərov fransız idmançı ilə qarşılaşıb və ardıcıl üçüncü qələbəsini qazanmaqla yarımfinala yüksəlib. Finalın 1 addımlığında da təmsilçimiz qalib gəlib. Finalda Əsgərov italiyalı rəqiblə qarşılaşıb. İnamlı təsir bağışlayan güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.

74 kq

Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayır. Təmsilçimizin ilk rəqibi macar idmançını məğlub etməklə 1/4 finala adlayıb. Lakin Həsənov türkiyəli rəqibinə uduzmaqla yarımfinaldan kənardan qalıb. Lakin türkiyəli güləşçi finala yüksəldiyindən təmsilçimiz bürünc medal uğrunda döyüşmək imkanı qazanıb. İlk təsəlliverici döyüşdə qələbə qazanan Həsənov bürünc medal uğrunda həlledici görüşə çıxmaq hüququ qazanıb. Burada Həsənovun rəqibi bolqar idmançı olub. Rəqibinə heç bir şans tanımayan Həsənov bürünc medala sahib çıxıb.

97 kq

Xetaq Qazyumov ilk olaraq 1/16 finalda yarışıb. Əsas medal ümidlərimizdən olan Qazyumov, ilk görüşündə polşalı idmançı ilə üz-üzə gəlib və rəqibinə qalib gəlib. 1/8 finalda Qazyumov moldovalı Nikolai Cebanı da məğlub edərək, 1/4 finala adlayıb. Burada da inamlı təsir bağışlayan Qazyumov belaruslu rəqibinə qalib gəlməklə yarımfinala yüksəlib. 1/2 finalda güclü rusiyalı güləşçini məğlub edən Qazyumov finala adlayıb. Həlledici görüşdə güləşçimiz gürcü Obikadze ilə üz-üzə gəlib. Həlledici görüşdə də qalib gələn güləşçimiz Azərbaycana növbəti qızıl medalı qazandırıb.

  • Share on Tumblr