Bakı-2015: Azərbaycan gimnastları 3-cü pillədə (Yenilənib)
14 İyun 2015 20:40

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlara start verilib. Sportpress.az-ın məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə həm kişi, həm qadın idmançıların fərdi çoxnövçülükdə təsnifat yarışları keçirilib. Azarkeşlər komanda yarışlarına da şahidlik olub.

Qadınlar ilk yarış günündə 2 hərəkət yerinə yetiriblər. Komanda yarışlarında 25 yığma qüvvəsini sınayıb. 49,098 xal toplayan millimiz ilk günü 15-ci yerdə başa vurub. İlk “üçlük”də isə Rusiya (60,165), Almaniya (58,066) və Macarıstan (55,964) qərarlaşıb.

Fərdi yarışında 80 idmançı mübarizəyə başlayıb. İlk iki hərəkətin nəticələrinə əsasən rusiyalı Aliyə Mustafina liderliyi ələ alıb – 30,333 xal. Azərbaycan təmsilçilərindən Marina Nekrasova 24,666, Yuliya İnşina 23,266, Kristina Pravdina 22,932 xal toplayıb. Marina 39-cu, Yuliya 65-ci, Kristina 66-cı pillədə qərarlaşıb.

Kişi gimnastlar ilk gündə 3 hərəkətdə qüvvəsini sınayıb. Komanda yarışlarında 26 yığma iştirak edib. Hesabında 86,098 xal olan Azərbaycan millisi 3-cü yerdə qərarlaşıb. Millimiz yalnız Ukrayna (88,598) və Rusiyadan (88,199) geri qalıb.

73 gimnastın çıxış etdiyi fərdi yarışda ukraynalı Oleq Vernyayev liderliyə yüksəlib. Onun hesabında 15,000 xal var. Rusiyalı David Belyavski 44,000 xalla 2-ci, Azərbaycanıi təmsil edən Oleq Stepko 43,899 xalla 3-cü pillədədi. Digər təmsilçilərimiz Eldar Səfərov 33,632 xalla 68-ci, Petro Paknyuk 29,466 xalla 7-ci olub (apasport.az).

  • Share on Tumblr