Emin Mirzəliyev: “Ümid edirəm ki, yenidən məşqçilərin diqqətini çəkə biləcəm”
09 İyun 2015 13:03

Yetişdirdiyi istedadlarla daim adından söz etdirən Tovuz ikinci mövsümdür ki, I Divizionda təmsil olunur. Keçmiş əzəmətindən uzaqda qalsa da, futbol məktəbi kimi tanınan bu rayon missiyasını davam etdirməkdədir. Milli komandalarımız və digər klublarda yetərincə tovuzlu futbolçu çıxış edir. Elə  “Turan Tovuz”un heyətində də hazırda kifayət qədər gənc istedadlar yetişməkdədir. Onlardan biri də Emin Mirzəliyevdir. “Turan”ın yetirməsi olan gənc futbolçu hələ U-14 komandasında çıxış edərkən diqqətləri üzərinə çəkib və qısa müddət ərzində əsas heyətin üzvünə çevrilə bilib. Bundan başqa Emin U-17 və U-19 milli komandalarımızda çıxış etməyə də imkan tapıb. Gənc futbolçu ilə söhbətləşib vəziyəti ilə maraqlandıq.

– Fikrimcə bu mövsüm pis çıxış etmədik. Bir-neçə oyunu çıxmaqla bütün matçlarda baxımlı oyunla yanaşı vacib qələbələr də qazandıq. Bu müddətdə gənc futbolçularımız üçün də özlərini göstərməsi üçün  əla imkan  yaranmışdı. Nəticədə bir çoxumuz bu fürsətdən layiqincə yararlandıq.

- Hazırda mövsüm başa çatıb. Gələcək planların nədir?

– Hazırda istirahətdəyik. Qarşıda nə olacağını deyə bilmərəm. Ümid edirəm ki, bu mövsüm mənim üçün dönüş olacaq. Özümü hazır sayıram.

- Tovuzda qalacaqsan, ya başqa təkliflər var?

– Hazırda bu haqda nəsə demək tezdir. Mən Tovuz futbolunun yetirməsiyəm. İlk öncə doğma komandamla uğurlar qazanmaq istəyirəm. Lakin başqa təkliflər də var. Yəqinki, yaxın günlərdə bu haqda yekun qərar verəcəm.

- Təkliflər Premyer Liqa klublarındandı?

– Ad çəkmək istəmirəm, amma mənimlə maraqlanan klublar Premyer Liqa klublarıdır.

- Vaxtilə müvafiq yaş qrupları üzrə milli komandalara dəvət alırdın. Son zamanlar isə dəvət almırsan.

– Düzdü, U-17 və U-19-da çıxış etmişəm. Lakin ötən mövsümün əvvəlində aldığım zədə oyunuma da təsir etmişdi. Hətta millidən (U-21) dəvət də almışdım. Lakin zədələndiyimə görə adım siyahıdan çıxarıldı. Çox şükür hər şey geridə qalıb. Artıq milliyə qayıtmaq məşqlərdə və oyunlarda bütün gücümü qoyuram. Ümid edirəm, yenidən məşqçilərin diqqətini çəkə biləcəm.

  • Share on Tumblr