“Qarabağ” “Qızıl dubl” etdi
03 İyun 2015 22:48

Qəbələdə Azərbaycan Kubokunun final oyunu keçirilib. Sportpress.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” üz-üzə gəlib. Matç Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Qurban Qurbanovun komandası 22 ildən sonra “Qızıl dubl” edib. “Qarabağ” həm də dördüncü dəfə ölkə kubokunu qazanıb.

“Qarabağ” – “Neftçi” 3:1

Qollar: Reynaldo 5;39, Muarem Muarem 84 – Ernest Nfor 78

 

  • Share on Tumblr


Oxşar xəbərlər