Qadın məşqçilərə diplomlar təqdim olunub
03 İyun 2015 14:44

İyunun 1-dən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirilib. Sportpress.az-ın məlumatına görə, AFFA-nın Futbol akademiyasında təşkil olunmuş məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales və UEFA-dan dəvət olunmuş təlimatçı Anya Paluşeviç rəhbərlik edib. Kursun bu mərhələsinə bu gün yekun vurulub. İştirakçılara Bernhard Lippert, Sərxan Hacıyev, Anya Paluşeviç və Patriciya Gonzales tərəfindən müvafiq diplomlar təqdim olunub.

  • Share on Tumblr