U-15 Liqasının qalibi mükafatlandırılıb
03 İyun 2015 10:06

AFFA-nın inzibati binasında U-15 Liqasını ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib. Sportpress.az-ın məlumatına görə, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim edib.

Qeyd edək ki, U-15 Liqasının 2014/2015-ci il mövsümünün qalibi “Bakı” komandası olub. “Qəbələ” ikinci, “Neftçi” isə üçüncü yeri tutub.

  • Share on Tumblr


Oxşar xəbərlər