143 oyun, 351 qol
31 May 2015 16:09

Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub. Sportpress.az-ın məlumatına görə, yubiley qoluna “Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb. O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.

Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da “Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.

351 qolun vurulduğu çempionatın orta məhsuldarlığı 2,45-ə bərabər olub.

Bu qollardan 206-nı meydan sahibləri, 145-ni qonaqlar vurub. İlk yarıda 175, fasilədən sonra 176 qol qeydə alınıb. Meydan sahibləri hər iki hissədə üstün olub – 104:71, 102:74.

  • Share on Tumblr


Oxşar xəbərlər