“Bakı-2015”də Maltadan 59 idmançı mübarizə aparacaq
31 May 2015 12:04

Malta “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq. Sportpress.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.

“Bakı-2015” Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: “İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır”.

“Bakı-2015”in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.

  • Share on Tumblr