Fuad Musayev: “Platini əclafdır”
31 May 2015 11:45

“Yozef Blatterin yenidən prezident seçilməsini çox yaxşı qarşıladım. FİFA-ya üzv assosiasiyaların seçimini alqışlayıram”. Sportpress.az-ın məlumatına görə, bu sözləri AFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib.

O, ABŞ-ın Blatteri bu vəzifədən kənarlaşdırmaq üçün təxribatlara əl atdığını və UEFA prezidenti Mişel Platininin Blatterə qarşı riyakarlıq etdiyini bildirib: “ABŞ min yola əl atdı ki, FİFA-nı parçalasın. Dünən gah bomba xəbərini yaydılar, gah qızlar gəlib orda səs-küy saldılar. ABŞ prokurorluğundan gəlib FİFA-da yoxlanış edirlər. Belə şey olarmı ki, başqa ölkədən gəlib kimlərisə tutub aparsınlar? Platini əclafdır. Blatterin prezindent olmasını istəmir. Sonra seçildikdən sonra gəlib əlini sıxır. Platini əsl sifətini göstərdi. Halbuki Blatter prezident gəldikdən sonra Platinini UEFA-ya gətirdi. Onun köməyi ilə gəldi vəzifəyə” (sportnet.az).

 

  • Share on Tumblr


Oxşar xəbərlər