Yuri Syomin “Mordoviya”dan ayrıldı
30 May 2015 19:19

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin “Mordoviya”dan ayrılıb. Sportpress.az-ın məlumatına görə, bu haqda təcrübəli mütəxəssisin özü məlumat verib: “Bu gün rəsmi olaraq “Mordoviya”nın futbolçuları və azarkeşləri ilə vidalaşıram. Klubla müqaviləm başa çatdı. Yeni komandamın adını Çempionlar Liqasının finalından sonra açıqlayacağam”.

Qeyd edək ki, 68 yaşlı məşqçinin rəhbərliyi altında 38 xal toplayan “Mordoviya” mövsümü 8-ci pillədə başa vurub.

  • Share on Tumblr


Oxşar xəbərlər