Azərbaycan gimnastları Dünya Kubokunda çıxış ediblər
26 May 2015 12:08

Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan gimnastları Ayşən Bayramova və Zeynep Celep Özbəkistanın paytaxtında bədii gimnastika üzrə Dünya Kubokunda çıxış ediblər. Sportpress.az-ın məlumatına görə, Ayşən Bayramova gürzlərlə hərəkətlərdə finalın bir addımlığında dayanaraq, 9-cu pillədə qərarlaşıb. Çoxnövçülükdə isə o, 13-cü nəticəni göstərib.

Xatırladaq ki, Ayşən Bayramova üç həftə əvvəl karyerasının ilk ən vacib yarışı – Minskdə keçirilən Avropa çempionatında çoxnövçülükdə 16-cı yerə layiq görülüb.

Azərbaycanın qadın idman gimnastları isə Portuqaliyanın Anadiya şəhərində keçirilən “Challenge” seriyasından olan Dünya Kubokunda mübarizə aparıblar. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Yuliya İnşina və Marina Nekrasova göstəriblər. Belə ki, onlar müvafiq olaraq gimnastika tiri və sərbəst hərəkətlərə görə 10-cu yerdə qərarlaşıblar.

Mənbə: azertag.az

  • Share on Tumblr