Reynaldodan başsağlığı
20 May 2015 11:55

“Qarabağ”ın futbolçusu Reynaldo Da Silva Bakının Binəqədi rayonunda Azadlıq prospektində baş vermiş yanğında həlak olanların xatirəsini yad edib. Sportpress.az-ın məlumatına görə, braziliyalı bununla bağlı öz səhifəsində hadisə zamanı çəkilmiş şəkilləri paylaşıb.

Reynaldo həmçinin səhifəsində bu sözləri yazıb: “Allah ölənlərin ailələrinə səbr versin. Qalanlara da kömək olsun. Biz sadəcə təsəlli verə bilərik” (Qafqazinfo.az)

  • Share on Tumblr


Oxşar xəbərlər