“Qarabağ” Qəbələyə yollanır
30 Aprel 2015 20:08

“Qarabağ” bu gün Qəbələyə yola düşür. Sportpress.az-ın məlumatına görə, Premyer Liqanın XXXII turunda “Qəbələ”nin qonağı olacaq Ağdam klubu, bu gün bazasındakı stadionda səhər məşqi ilə kifayətlənib. Sabaha isə komandanın 1 məşqi planlaşdırıb.

Bu mövsüm ərzində “Qəbələ” ilə üç dəfə qarşılaşan “Qarabağ”, bir dəfə qələbə qazanıb,digər iki qarşılaşmada isə meydandan məyus ayrılıb.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu mayın 2-də saat 19:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

 

  • Share on Tumblr


Oxşar xəbərlər