“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu – FOTOREPORTAJ, Video
27 Aprel 2015 11:47

Fransada keçirilən 7 mərhələli “Le Tour de Bretagne” yarışının aprel ayının 26-da keçirilən 172 km-lik 2-ci mərhələsi “Synergy Baku”nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finiş xəttini birinci keçib. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış edən sloveniyalı idmançı Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.

1 2 3 4 5 6 7 8 9 10

  • Share on Tumblr