MMA döyüşçülərimiz parlaq qələbə qazandı
22 Aprel 2015 12:48

18813_432169723620860_7197406703027821061_n

Rusiyanın paytaxtı Moskvada MMA üzrə OPLOT – Challenge 109 turniri keçirilib. Sportpress.az xəbər verir ki, yarışda Azərbaycanı “Baku Fighters” klubunun idmançıları təmsil edib. Dünya və Avropa çempionu Zaur Hacıbabayev Rusiya idmançısı Amal Çeçuxovu üstələyib. Hacıbabayev inamlı qələbə qazanıb. Görüş vaxtından əvvəl başa çatıb və hakimlər Azərbaycan idmançısını qalib elan edib. Avropa çempionatının finalçısı Taleh Nəcəfzadə isə Minkail Kerimovu (Rusiya) üstələyib. Rəqib ilk raunddan sonra görüşü davam etdirməkdən imtina edib.

  • Share on Tumblr


Oxşar xəbərlər