Çingiz Abdullayev: “Fikirləşirdim ki, Nazim Süleymanovun 70-80 yaşı var”
16 Aprel 2015 12:43

“İlk növbədə dəvətə görə təşəkkür edirəm. Nazim Süleymanov haqda məlumatım var. Bilirəm, “Neftçi”nin futbolçusu olub. Bir azərbaycanlı kimi bu kitabın təqdimatına qatılmağı özümə borc hesab edirəm. Azərbaycanda tanınmış futbolçular çox olub”. Sportpress.az-ın məlumatına görə, bu sözləri Nazim Süleymanovun “Bitməyən matç” kitabının təqdimatına qatılan “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Abdullayev Nazim Süleymanovla bağlı zarafat da edib: “Fikirləşirdim ki, Nazim Süleymanovun 70-80 yaşı var. Amma indi baxıram, məndən 6 yaş cəmi kiçikdi. “Neftçi”nin oyununa baxanda düşünürdük ki, komanda üzvlərinin yaşı çoxdur. Əslində isə belə deyil. Azərbaycandan kənarda uğur qazanmaq daha çətindi. Çünki insan qürbətdə öz xalqını təmsil edir. Bu kitabın rus dilində nəşr olunması da çox yaxşı məqamdır. Belədə həmin kitabı təkcə Azərbaycanda deyil, ondan kənarda da oxuya bilərlər. Belə kitab yaratdığınıza görə sizə təşəkkür edirəm”,

  • Share on Tumblr


Oxşar xəbərlər