“Neftçi”nin müdafiəçisi 3 oyunluq cəzalandırıldı
07 Aprel 2015 16:45

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportpress.az-ın məlumatına görə, 5 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXVIII turunun “Simurq” –  “Neftçi” matçının 74-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kordoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu  3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.  Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

  • Share on Tumblr


Oxşar xəbərlər