Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportpress.az-ın məlumatına görə. 1 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
5 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
5 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Azərbaycan Premyer Liqasının XXVIII turunun “Simurq” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.