Elnur Məmmədov “Neftçi”nin icraçı direktoru təyin edildi
31 Mart 2015 19:32

“Neftçi”də yaradılan Müşahidə Şurasının qəbul etdiyi qərara görə klubda prezident və vitse-prezident vəzifələri ləğv olunub. Sportpress.az-ın məlumatına görə, bundan sonra klubda icraçı direktor vəzifəsi mövcüd olacaq və bu post “ağ-qaralar”ın sabiq vitse-prezidenti Elnur Məmmədova həvalə edilib.

Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidir.

 

  • Share on Tumblr


Oxşar xəbərlər