Rövnəq Abdullayev: “Çingiz Abdullayevdən xahiş etdik ki, “Neftçi”nin Müşahidə Şurasının sədri olsun”
31 Mart 2015 17:52

“Bu gün təkcə “Neftçi” yox, həm də Azərbaycan futbolu üçün yaddaqalan gündür. Ötən il qərar qəbul etdik ki, klublarda Müşahidə Şurası yaradılsın. Amma əksər klublarda bu iş aparılmır. Klubların çoxunda əsas yük 1-2 nəfərin üstünə düşür”. Sportpress.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA prezidenti “Neftçi” futbol klubunun idman cəmiyyətinin tərkibinə daxil edildiyini rəsmən açıqlayıb: “Neftçi” İSM-də 36 idman növündə 5 min idmançı var. Bura təkcə futbol yox, digər idman növləri də daxildir. “Azerneftyağ” bağlananadan sonra qərar qəbul etdik ki, “Neftçi” klubunu idman cəmiyyətinin tərkibinə verilsin. Buna görə də “Neftçi”də Müşahidə Şurası yaradılır. Çingiz Abdullayevdən xahiş etdik ki, “Neftçi”nin Müşahidə Şurasının sədri olsun. O, Azərbaycanda ən tanınmış adamlardandır. “Neftçi”nin də azarkeşi olub”.

 

  • Share on Tumblr


Oxşar xəbərlər