Çingiz Abdullayev: “Futbol adamı deyiləm”
31 Mart 2015 18:11

“Xeyli kitabım olsa da, bu günə kimi son 2 gündə olduğu qədər mətbuat haqqımda hələ yazmamışdı”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri seçilən tanınmış yazıçı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev komandanın uğuru üçün əlindən gələni edəcəyini bildirib: “Uşaqlıqdan futbola böyük marağım olub. Amma düzünü deyim ki, yaxşı futbol oynamamışam. Yəni, peşəkar futbolçu olmamışam. Söz verirəm ki, meydana da çıxmayacağam (gülür). Mətbuatda artıq narazılıqlar var. Yazırlar ki, Çingiz müəllim futbol adamı deyil. Bəli, mən futbol adamı deyiləm. Amma təklif gələrkən buna sevindim, təklifi də məmuniyyətlə qəbul etdim. “Neftçi”nin adı var”.

  • Share on Tumblr


Oxşar xəbərlər