Bəhram Bağırzadə: “Azarkeşləri stadiona cəlb etməyin yolunu bilirəm”
31 Mart 2015 20:19

“İlk növbədə məni Müşahidə Şurasına layiq görənlərə təşəkkür edirəm. Artıq 35 ildir “Neftçi”nin azarkeşiyəm”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasına üzv seçilən tanınmış aktyor, şoumen Bəhram Bağırzadə deyib.

Bağırzadə azarkeşləri stadionlara cəlb etməyin yolunu bildiyini vurğulayıb: “7 yaşımda ilk dəfə stadionda atam aparıb məni. Həmin gündən etibarən mütəmadi olaraq komandalarımızı dəstələyirəm. Özünüz də daim məni stadionlarda görmüsüz. Azarkeşlərlə bağlı problemdən məlumatlıyam. Fanatları stadionlara cəlb etməyin yolunu bilirəm. Zaman keçdikcə bu problemi yoluna qoyacağıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər