Çingiz Abdullayev “Neftçi”dəki seçkidən öncə danışmaq istəmədi
31 Mart 2015 12:46

Xalq yazıçısı Çingiz Abdullayev “Neftçi” klubuna prezident seçilməsi ilə bağlı Kulisə açıqlama verib. Sportpress.az-ın məlumatına görə, yazıçı bildirib ki, bu gün axşam saat 17-də “Neftçi” FK-da seçki keçiriləcək, seçkidən qabaq heç nə deyə bilməz.

Xatırladaq ki, bugünkü tədbirdə klubun strukturunda dəyişik gözlənilir və yeni struktura görə prezident vəzifəsi Müşahidə Şurasının sədri vəzifəsi ilə əvəz olunacaq. Ç.Abdullayevin bu şuraya sədr seçiləcəyi gözlənilir.

 

  • Share on Tumblr


Oxşar xəbərlər