“Xəzər Lənkəran” “Sumqayıt”la oyuna hazırlaşır
30 Mart 2015 11:44

Milli komandamızın AVRO-2016 nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada verilən fasilə başa çatır. Sportpress.az-ın məlumatına görə, aprelin ilk günündə milli çempionatın XXVII turu çərçivəsində “Xəzər Lənkəran” doğma meydanda “ Sumqayıt”ı qonaq edəcək. Lənkəran təmsilçisi artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir və hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir. Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.

Xatırladaq ki, aprelin 1-də saat 17.00-da start götürəcək “Xəzər Lənkəran”- “ Sumqayıt” matçı “ Xəzər Lənkəran” Tv vasitəsilə canlı yayımlanacaq.

  • Share on Tumblr


Oxşar xəbərlər