“Qarabağ” – “İnter” görüşünün yeri və vaxtı dəyişdirildi
29 Mart 2015 17:12

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Azərbaycan Premyer Liqasının XXVII turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib. Sportpress.az-ın çməlumatına görə, buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir. PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.

  • Share on Tumblr