İdmançının ölümüylə bağlı federasiya prezidentindən açıqlama
29 Mart 2015 12:26

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Hövsan Olimpiya Kompleksində Azərbaycan çempionatında baş verən ölüm hadisəsiylə bağlı sportpress.az-a açıqlama verib:  “İlk olaraq mətbuatda qaydasız döyüş üzrə Azərbaycan çempionatının keçirilməsinin qeyd olunması barədə söyləmək istərdim. Yarış həvəskarlar arasında MMA üzrə idi. Qaydasız döyüş deyildi. Gördüyünüz kimi idmançılar dəbilqədə idi. Ölüm hadisəsinə gəlincə hər şey ani oldu. Ramin Zeynalova güclü zərbə də dəyməyib. Rinqdə yerə yıxıldığı zaman huşunu itirdi. Bu idman növü riskli olsaydı oğlumu bu idmana qoymazdım. Həmin gün çempionatda qızım da iştirak edib. Biz özümüz çox pis olmuşuq. İdmançının ölümü hamımıza pis təsir edib. Lakin bunda bizim günahımız yoxdu. Uzun müddətdir idmanla məşğul olub. Kim deyə bilərdi ki, Azərbaycan çempionatında belə hadisə olacaq. Yarışda həkimlər var idi, hadisədən dərhal sonra ona kömək etmək istəsələr də mümkün olmadı.

İdmançının ölümündə bizim günahımız yoxdur. Ramin Zeynalov neçə illərdir idmanla məşğul olur. Əvvəllər taekvando və kikboksinqlə məşğul olub. MMA-da iki-üç aydır gücünü sınayır. Sağlamlığı barədə həkimdən sənədini bizə təqdim edib. Allahın qisməti imiş. Ola bilər səhhətində problemi olub. Dəfn mərasimində iştirak edərək ailəsinə bağsağlığımızı çatdırdıq. Müəyyən köməklik göstərməyə çalışdıq. Ailə üzvləri də dedi ki, Raminin ölümündə bizim günahımız yoxdur”.

  • Share on Tumblr


Oxşar xəbərlər