Azərbaycan çempionatında baş verən ölümlə bağlı yeni təfərrüatlar (Video)
28 Mart 2015 13:33

Sportpress.az Hövsan Olimpiya Kompleksində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatında baş verən ölümlə bağlı yeni eksklüziv məlumatlar əldə edib. Yarış Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası tərəfindən keçirilib. Yarış zamanı kompleksdə təcili yardım olmayıb, idmançılara arenanın tibbi personalı kömək göstərib.

Hadisə baş verən zaman Quba idmançısı Ramin Zeynalov rəqibin fəndinin qurbanı olub. Fəndə düşən Zeynalov ardıcıl zərbələrdən sonra huşunu itirib, sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb.

Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyidi müayinə edilib və onun ürəyinin zərbədən sonra dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.

  • Share on Tumblr


Oxşar xəbərlər