Azərbaycan çempionatında idmançı dünyasını dəyişdi
28 Mart 2015 10:31

Bakıda döyüş zamanı idmançı dünyasını dəyişib. Sportpress.az Suraxanı rayonu 30-cu polis bölməsindən aldığı məlumata görə, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalov Quba rayonundan olub. Polis bölməsi Qubanı təmsil edən idmançının döyüş vaxtı öldüyünü təsdiqləyib. Ölüm faktı Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı baş verib.

Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.

Qeyd edək ki, ölüm hadisəsi dünən saat 16 radələrində Hövsan Olimpiya Mərkəzində qeydə alınıb.

  • Share on Tumblr


Oxşar xəbərlər