Mövsümün 250-ci qolu
19 Mart 2015 18:05

Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün 250-ci qolu vurulub. Sportpress.az-ın məlumatına görə, yubiley qolu “Sumqayıt” – “Qarabağ” matçına təsadüf edib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atan Reynaldo cari çempionatın 250-ci topunun müəllifi olub. Dubla imza braziliyalının ilk qolundan sonra turda daha 5 qol vurulub. Beləliklə, 26 turun 103 oyununda vurulan qol sayı 255-ə çatıb. Mövsümün orta məhsuldarlığı 2,48-ə bərabərdir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunu Rauf Əliyev vurub. O, “Xəzər Lənkəran”ın heyətində 1-ci turun AZAL-la səfər oyununda fərqlənib.

  • Share on Tumblr


Oxşar xəbərlər