Qurban Qurbanov: “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub”
18 Mart 2015 18:46

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. Sportpress.az-ın məlumatına görə, Qurbanov komandasının əzmkar qələbəsini belə şərh edib: “Maraqlı oyun alındı. Düzdür, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun baş tutdu. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər