İbrahim Uzunca: “Hakimlərə dediklərimin xeyri yoxdur”
18 Mart 2015 18:31

“Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli mütəxəssis bildirib ki, hakimlər barədə dediklərinin xeyri yoxdur: “Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər. Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0-3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.

  • Share on Tumblr