Georgi Çixradze: “Çox vacib 3 xal qazandıq”
18 Mart 2015 18:25

“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk 2-ci qolu vurmağı da bacardıq”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü mütəxəssis vacib 3 xal qazandıqlarını qeyd edib: “Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.

  • Share on Tumblr


Oxşar xəbərlər