“Sumqayıt” klubu Novruz bayramı ilə əlaqədar xüsusi tipli internat məktəbini ziyarət edib
17 Mart 2015 15:36

“Sumqayıt” Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar “ilaxır çərşənbə” günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə “Sumqayıt” FK-nun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov, texniki direktor Frank Bernhardt, baş menecer Ceyhun Sultanov, A komandanın baş məşqçisi Aqil Məmmədov klubun futbolçuları – Vurğun Hüseynov və Bəxtiyar Həsənalızadə iştirak edib. Novruz bayramı ilə əlaqədar görüş zamanı uşaqlara klubun idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

 

  • Share on Tumblr


Oxşar xəbərlər