Zabit Səmədovun növbəti rəqibi məlum oldu
15 Mart 2015 11:10

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb.

Sportpress.az xəbər verir ki, Səmədov aprelin 17-də Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq. Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Zabit bu dəfə də iştirakçılar sırasında yer alıb. Onun rəqibi Böyük Britaniya idmançısı Stiv Makkinon olacaq.

Qeyd edək ki, 2015-ci ildə Zabit Səmədov iki görüş keçirib və hər ikisində qələbə qazanıb.

  • Share on Tumblr


Oxşar xəbərlər