“Lans” 9 turdan sonra qələbə qazandı
15 Mart 2015 00:56

Fransa birinci liqasında 29-cu turun oyunları keçirilir. Sportpress.az-ın məlumatına görə, tur Hafiz Məmmədovun sahibi olduğu “Lans” üçün uğurlu alınıb. Belə ki, öz meydanında “Tuluza”nı qəbul edən “sarı-qırmızılılar” 1:0 hesablı qələbə qazanıb. Bununla da “Lans” 9 turdan sonra aktivinə 3 xal yazdırıb.

Xatırladaq ki, “Lans” sonuncu dəfə 19-cu turda “Nitsa” üzərində qələbə qazanmışdı – 2:0.

  • Share on Tumblr


Oxşar xəbərlər