Gimnastlarımız iki qızıl medal qazandı
04 Mart 2015 19:13

11021197_418115538347670_7194625124423875601_n

22 ölkənin iştirak etdiyi açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Sportpress.az xəbər verir ki, mərasimdə ilk olaraq Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış etdi. Ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu deyən nazir müavini son illər Azərbaycanın idmanda qazandığı uğurlardan danışdı. İsmayıl İsmayılov ölkəmizdə gimnastikanın inkişafında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük rolu olduğunu vurğuladı. Gimnastların yarışdan razı qalacağına əmin olacağını deyən Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek isə idmançılara uğurlar arzuladı. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra açılış mərasimi başa çatdı.

İlk yarış günündə idman gimnastikasında çoxnövçülük üzrə qaliblər müəyyənləşib. Qadınların yarışında Azərbaycan təmsilçisi Kristina Pravdina qalib olub. Türkiyə təmsilçiləri Tutya Yılmaz və Demet Mutlu müvafiq olaraq gümüş və bürünc medala sahib çıxıb. Kişilər arasında yarışda da Azərbaycan təmsilçisi birinci yeri tutub. Oleq Stepko bütün həmkarlarını qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Petro Paxnyuk ikinci olub. London olimpiadasının mükafatçısı Filip Ude bürünc medalla kifayətlənib.

  • Share on Tumblr


Oxşar xəbərlər