Zabit Səmədovdan möhtəşəm qələbə (Video)
01 Mart 2015 12:06

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb. Sportpress.az-ın Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə  Zabit qardaş ölkədə yerli idmançı Mert Akına qalib gəlib.

Gecənin əsas döyüşündə Mert Akınla qarşılaşan məşhur idmançımız ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Ardıcıl güclü zərbələrdən sonra Zabit özünəməxsus fəndlə rəqibi noqdauna göndərməyə yaxın olub. Görüşün sonlarında Mert Akının Zabit Səmədov qarşısında aciz qaldığı aşkar hiss olunub. Çünki, türk idmançı Zabitin zərbələrinə cavab verə bilməyib. Yekunda hakimlərin yekdil qərarıyla Zabit Səmədov qalib elan olunub.

Görüşü şərh edən yerli mütəxəssislər canlı efirdə Zabit Səmədovun görüşü haqda belə deyib:  “Bu gün rinqdə iki türk idmançıdır. Lakin hiss olunur ki, Zabit rinqdə heç kimə güzəştə getmir”.

Qeyd edək ki, Zabit Səmədov 2014-cü ild 3 görüş keçirib və hamısında qələbə qazanıb. Bu Səmədovun 2015-ci ildə ikinci görüşüdür.

  • Share on Tumblr


Oxşar xəbərlər