Zaur Hacıbabayev Qroznıda döyüşəcək
27 Fevral 2015 09:14

Fevralın 28-də Qroznıda MMA üzrə Qran Pri turnir keçiriləcək. Sportpress.az xəbər verir ki, yarışda Azərbaycanı MMA üzrə dünya və Avropa çempionu, “Baku Fighters” klubunun üzvü Zaur Hacıbabayev təmsil edəcək. İdmançımızın rəqibi pankrationüzrə dünya çempionu rusiyalı Zaurbek Başayev olacaq.

Qeyd edək ki, Zaur Hacıbabayev Gənclər və İdman Nazirliyi, “Sportsman” jurnalı tərəfindən 2014-cü ilin idmançısı seçilərək “Zəfər” mükafatına layiq görülüb.

  • Share on Tumblr


Oxşar xəbərlər