“Turan Tovuz” Gürcüstan klubuna böyükhesabla qalib gəldi
07 Fevral 2015 18:09

İkinci dövrənin hazırlıqlarını doğma şəhərdə davam etdirən “Turan Tovuz” bu gün hazırlıq çərçivəsində üçüncü yoxlama görüşünü keçirib. Sportpress.az-ın məlumatına görə, ilk iki oyunda “Şəmkir” və “Göyəzən”i məğlub edən Səlahəddin Dərvəndin komandası, bu dəfə Gürcüstan təmsilçisini sınağa çəkib. Qonşu ölkənin aşağı divizionunda mübarizə aparan “Kolxi” klubu ilə qarşılaşan tovuzlular, oyundan 5:1-lik qələbə ilə ayrılıblar. Komandanın heyətində Tuqay Alhüseynli dubl edib. Digər qolları isə Seymur Tağıyev, Nicat Tağıyev və Vəzir İmanov vurublar.

  • Share on Tumblr


Oxşar xəbərlər